“Bu texnologiya təyyarəyə hətta GPS nasazlıqları zamanı da ərazidə istiqaməti seşməyə və hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir”, - “Auterion” şirkəti bildirib.
“Auterion” şirkətinin layihədəki tərəfdaşı təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan Ukrayna istehsalçısıdır.
“Artemis ALM-20” dronunun dizaynı İranın “Şahed” PUA-sına bənzəyir. Onun Ukraynada aparılan sınaqlarına yerdən işə salınma, itirilmiş GPS ilə naviqasiya, uzaq məsafəli uçuşlar və hədəflərin nişanlanması proqramları daxil olub. Uğurlu sınaqlardan sonra sistem müttəfiq ölkələrin silahlı qüvvələrinə də təklif edilib. Artıq ABŞ, Ukrayna və Almaniyada istehsal xətləri yaradılır.
- Proqram təminatı ilə idarə olunan sistem muxtar çəkindirmənin xarakterini dəyişir. “Artemis ALM-20” kütləvi istehsal və sürətli qaydada işə salınma üçün nəzərdə tutulub ki, bu da irimiqyaslı və davamlı muxtar zərbə sistemlərinin yaradılmasına imkan verir”, - “Auterion” şirkətinin baş direktoru Lorents Mayyer vurğulayıb.
Şirkət yeni sistemlərin vahid müdafiə şəbəkəsinə uyğunlaşmasını və inteqrasiyasını həyata keçirən açıq arxitekturadan və döyüşdə sübut olunmuş proqram təminatından istifadə edir. Şirkətin rəhbərliyiy “Artemis ALM-20” dronunun “qara qutu deyil, xüsusi ehtiyacları ödəmək üçün inkişaf etdirilə bilən genişlənməsi mümkün olan bir platforma” kimi qiymətləndirir.
Ukraynanın “Defense Express” layihəsinin analitikləri yeni pilotsuz təyyarəni “fenomenal” adlandırıblar.
“Bu, kütləvi istehsal edilmiş, muxtar, uzaqmənzilli pilotsuz təyyarədir. Onun effektivliyi artıq Rusiyaya qarşı real zərbələr zamanı sübut olunub”, - layihənin ekspertləri qeyd ediblər.
Onların iddiasına görə, bu ilin mart ayında “Azov” 12-ci Əlahiddə Ümumqoşun briqadası PUA-nın daha kiçik analoqlarının döyüş sınaqlarını keçirib.
— Newsfeed (@Newsfeed883920) October 17, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


